Cümə axşamı , Noyabr 21 2019
Home / Dünya / Ər-arvad dalaşdı, THY-yə məxsus təyyarə məcburi eniş etdi

Ər-arvad dalaşdı, THY-yə məxsus təyyarə məcburi eniş etdi

   İstanbuldan Klimancaroya uçan təyyarə ər-arvadın dava-dalaşına görə geri qayıtmağa məcbur olub.

   Mediaktiv.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Türk Hava Yolları”na məxsus təyyarə 151 sərnişinlə yerli vaxtla saat 19:30-da Atatürk Hava Limanından havaya qalxıb. Təyyarə Qahirə şəhəri üzərində olarkən sərnişinlərdən Anton Cestnik və həyat yoldaşı Klaudiya Cesnit naməlum səbədən dalaşmağa başlayıblar.

   Sərnişinlər dalaşan ər-arvadla bağlı ekipaj üzvlərinə məlumat versələr də, təyyarədə səs-küy salan sərnişinləri sakitləşdirmək mümkün olmayıb.

   Bunu görən pilot Atatürk Hava Limanına dönməklə bağlı qərar qəbul edib. THY-na məxsus təyyarə İstanbul vaxtı ilə saat 00:01-də yerə enib. Təyyarəyə daxil olan polis əməkdaşları dava-dalaş salan sərnişinləri polis bölməsinə aparıblar.

   Məlum hadisədən sonra təyyarə 149 sərnişinlə Klimancaroya səfərini saat 03:31-də davam etdirib.

Gülnar Əliyeva

Virtualaz.org

Həmçinin oxuyun

Qohumların torpaq davası qanlı bitdi: Dörd nəfər güllələndi

Türkiyənin Batman vilayətində Özərdəm ailəsi torpaqla bağlı məsələni həll etmək üçün Ədliyyə İdarəsinə gəliblər. MediAktiv.Az …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir