Çərşənbə , Avqust 12 2020
Home / Dünya / Ərini filosofa qısqanan qadın: Hegel ailəmi dağıdır

Ərini filosofa qısqanan qadın: Hegel ailəmi dağıdır

“Reddit” istifadəçisi olan bir qadının fikrincə, ərinin fəlsəfəyə marağı onların ailəsini dağıdır.

Bu paylaşım “Twitter”də də müzakirələrə səbəb olub.
İxtisasca fizik olan qadının sözlərinə görə, filosof-alim əri 1831-ci ildə dünyasını dəyişmiş alman filosofu Hegelin əsərlərinin aludəçisidir. Həyat yoldaşının təkidlərindən sonra arvad da Hegelin yaradıcılığı ilə maraqlanmağa başlayıb. 

Mübahisələr də bundan sonra başlayıb. Hegel fəlsəfəsi onların arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Qadın iddia edib ki, onun müddəalarının çoxu müasir fizika qanunları ilə uzlaşmır, bu fikirləri qəbul etməyən ər isə mövqeyini  qadın üçün anlaşılmaz terminlərlə əsaslandırmağa çalışıb. 

Bundan başqa, kişi çarpayısının yanına Hegelin fotosunu qoyub və mobil telefonunda arvadının örtük şəklini də Hegelin rəsmi ilə əvəzləyib. 

Qadın paylaşımında yazıb: “Mənə elə gəlir, ərimin diqqəti uğrunda 200 yaşlı filosofla rəqabətə çıxmışam”.

Sonuncu mübahisədən sonra ər evdən çıxıb və geri qayıtmayıb. 

Həmçinin oxuyun

Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı

Dünyanın ən çox məvacib alan aktyorlarının siyahısına il ərzində 87,5 milyon ABŞ dolları qazanan Duayn …