Çərşənbə , Sentyabr 16 2020
Home / Dünya / ABŞ-da iki bacı bir-birini 50 il sonra koronavirus sayəsində tapdı

ABŞ-da iki bacı bir-birini 50 il sonra koronavirus sayəsində tapdı

ABŞ-da ayrı düşmüş iki bacı 50 il sonra koronavirusa görə bir-birlərini tapıblar.

MediAktiv.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd edilir ki, bacılardan biri 73 yaşlı Doris Krippen xəstəxanada 1 ay koronavirusdan müalicə olunub. O, bundan sonra Fremontdakı bərpa mərkəzinə müraciət edib. Məlum olub ki, Doris Krippen 53 yaşlı bacısı Bev Boro bərpa mərkəzində işləyir.

“Mən buna inana bilmədim. Mən düşündüm – İlahi, hesab edirəm bu mənim bacımdır”, – Boro deyib.

Bacıların atası eyni şəxs olsa da, anaları ayrıdır. Kipper ailədə tərbiyə olunub, amma 6 aylıq Boronu övladlığa veriblər.

Agentlik qeyd edib ki, qadınların başqa qardaş-bacıları da var, indi onlar yenidən birləşə bilərlər.

Həmçinin oxuyun

İsraillə Bəhreyn arasında birbaşa hava əlaqəsi qurulacaq

İsraillə Bəhreyn arasında münasibətlərin normallaşması nəticəsində birbaşa hava əlaqəsi yaradılacaq. MediAktiv.az “İnterfaks”a istinadən xəbər verir …