Bazar , Avqust 9 2020
Home / Dünya / ABŞ-da Türkiyəyə qarşı müharibəni mümkün hesab edirlər

ABŞ-da Türkiyəyə qarşı müharibəni mümkün hesab edirlər

Lazım olan təqdirdə ABŞ Türkiyəyə qarşı hərbi güc işlətməyə hazırdır.

CNBC xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyan edib.

Onun sözlərinə görə, ABŞ müharibənin yox, sülhün tərəfdarıdır.

“Lakin bizdən dinamika və yaxud hərbi güc nümayişi lazım gələrsə, prezident Tramp buna tam hazırdır”, – deyə Ağ Ev rəsmisi bildirib.

O qeyd edib ki, hələlik Türkiyəyə qarşı iqtisadi və diplomatik mexanizmlər tətbiq olunacaq.

“Bu bizim üçün daha əlverişlidir”, – Pompeo fikrini belə tamamlayıb.

Həmçinin oxuyun

İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb.  MediAktiv.az-ın məlumatına …