Bazar , Sentyabr 19 2021
Home / Dünya / ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi

ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi

ABŞ Hərbi Donanması ilk dəfə olaraq internetdə yayılan və UNO-ya aid olduğu iddia edilən videoların real olduğunu qəbul edib.

Donanmanın mətbuat katibi məxfiliyi ləğv edilmiş üç hərbi videoda çox sürətlə hərəkət edən bu cisimlərin UNO olduğu deyib.

ABŞ-ın “To The Stars Academy of Arts & Sciences” özəl araşdırma şirkəti tərəfindən 2017-ci ilin dekabr və 2018-ci ilin mart tarixləri arasında yayımlanan bu görüntülərdə xüsusi sensorlarla müəyyən edilən cisimlər görünür.

2004-cü ildə lentə alınan bir videoda isə sensorlar bir hədəfə kilidlənir. Amma hədəfdəki cisim sürətlə ekrandan itir və sonra bir daha görünmür.

“BBC Türk”ün xəbərinə əsasən, 2015-ci ildə çəkilən iki videoda isə gördükləri cisimlərin nə olduğunu anlamağa çalışan hərbi qırıcıların pilotlarının səs yazısı var.

“Bu bir drondur, dostum. Aman Allah, küləyin əksinə hərəkət edirlər. Buna bax”, – deyə pilotlardan biri digərinə deyir.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …