Cümə axşamı , İyun 4 2020
Home / Dünya / ABŞ dövlət katibinin köməkçisi Moskvaya səfər edəcək

ABŞ dövlət katibinin köməkçisi Moskvaya səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Berlin və Moskvaya səfər edəcək.

Mediaktiv.az-ın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, F. Riker sentyabrın 16-da Berlində ABŞ-Almaniya Strateji Dialoqu ilə bağlı görüşdə iştirak edəcək.

Sentyabrın 17-18-də isə o, Moskvaya gedəcək və burada ikitərəfli münasibətləri müzakirə etmək üçün rusiyalı həmkarları ilə görüşəcək.

ABŞ rəsmisinin Rusiya vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü də planlaşdırılır.

Həmçinin oxuyun

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. MediAktiv.az  xəbər verir …