Çərşənbə , Avqust 21 2019
Home / Dünya / ABŞ İrana viruslu kompüterlər satıb?..- Gizli savaş

ABŞ İrana viruslu kompüterlər satıb?..- Gizli savaş

  “Bilderberq klubu” bir neçə aydan sonra İranı İraqın gününə salmaq istəyir?…
  Qlobal güclər ABŞ və İsrail vasitəsilə bir neçə aydan sonra İrana hücum təşkil etməyə hazırlaşır. Hazırda Şimali Koreya məsələsi bilərəkdən, baş qatmaq üçün qabardılır. Oraya hücum planı hələki yoxdur. Əsas hədəf müsəlman Türkiyə və İrandır. “Xaosdan düzənə” planı tamamlanmalıdır.
  Mediaktiv.az Moderator.az-a istinadən  xəbər verir ki, Qərbin bir sıra medialarına dünyadakı proseslərin yönləndirilməsində böyük rol oynadığı deyilən “Bilderberq klubu”nun gizli planları barədə bəzi informasiyalar sızıb.  Məlum olur ki, ABŞ-ın qarşısına İrana da İraq kimi xaos gətirmək vəzifəsi qoyulub. Bunun üçün öncə bir neçə ay ərzində İrandan başlayaraq Yaxın Şərqdə güclü iqtisadi və maliyyə böhranı törədiləcək. Bu plana uyğun olaraq   “Goldman Sachs Bank”, “City Bank” kimi məşhur dünya bankları və Beynəlxlaq Valyuta Fondu artıq İranda fəaliyyətə başlayıblar. Maliyyə böhranı başlatmaq və eləcə də məxfi materialları ələ keçirmək üçün bankların kompüter sistemlərini sıradan çıxarmaq məqsədilə ABŞ və Avropanın müxtəlif firmaları vasitəsilə İrana viruslu kompüterlər satılıb…
Xatırladaq ki,bu günlərdə  Doktor Veb” antivirus şirkəti populyar brauzerlərdən loqin və parolları oğurlayan və təhlükəli faylları yükləyən çoxfunksiyalı “Trojan.DownLoader23.60762” virusu barədə xəbərdarlıq edib. “Windows” sistemi ilə işləyən kompüterləri yoluxduran virus qurğuya başqa proqramları quraşdırır, həmçinin müxtəlif xidmətlər üzrə hesabların məlumatlarını oğurlayır və müxtəlif saytların səhifələrində daxil edilən məlumatları ələ keçirir.
“Trojan.DownLoader23.60762” virusu məxfi informasiyasını oğurlamaq üçün “Windows” bələdçisinin prosesinə, həmçinin “Microsoft Internet Explorer”, “Mozilla Firefox” və “Google Chrome” brauzerlərinin proseslərinə qoşulur.
“Bilderberq klubu” digər ölkələrə qarşı nələri planlaşdırır?

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir