Çərşənbə , Aprel 1 2020
Home / Dünya / ABŞ Koreyanı vurmaq istəyir!

ABŞ Koreyanı vurmaq istəyir!

      Şimali Koreya Xalq-Demokratik Respubliksının rəhbərliyi qitələrarası ballistik raket və nüvə başlığının sınaqlarında israr etsələr, bu sınaqları keçirməyə çalışsalar, ABŞ həmin ölkədəki hərbi-strateji əhəmiyyətli obyektlərə raket zərbələri endirəcək.

        Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbələr belə deyiblər.

     Onların sözlərinə görə, Şimali Koreya həftəsonu növbəti nüvə sınağını keçirməyə hazırlaşır.

     Sınaq Şimali Hamqön vilayətindəki Kilçju bölgəsində, Pektusan vulkanın ətəyindəki Punqeri poliqonunda olmalıdır.

     Buna yol verməmək üçün Punqeridəne 500 km aralıda, Sakit Okeanda ABŞ-ın iki minadaşıyan gəmisi barraj vurur. Gəmilər Tomahawk qanadlı raketləri ilə təchiz olunublar. Zərurət yaranarsa, Pentaqon Quan adasındakı ağır bombardmançı təyyarələrdən də istifadə edəcək.

    ABŞ-ın raketlər və bombalarla yanaşı, kiberhücumalardan da yararlanacaq. Şimali Koreyaya xüsusi təyinatlı diversiya qruplarının göndərilməsi də istisna deyil.

        Eyni zamanda, Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd, habelə Cənubi Koreyada nüvə başlıqlı raketlərin yerləşdirilməsi variantları da nəzərdən keçirilir.

    Şimali Koreyanın XİN başçısının müavini Han Son Rölsə bəyan edib ki, Pxenyan amerikalıların “qabaqlayıcı zərbəsi”ni gözləyərək sakit oturmaq niyyətində deyil.

     “Koreya yarımadasındakı situasiya indi dalana dirənib. ABŞ-ı provokasiyalardan çəkinməyə çağırıram. Vaşinqton raket zərbələri ssenarisini seçərsə, savaşa başlayacağıq. ABŞ sərsəm hərbi manevrlərlə bizə tərəf gəlsələr, Şimali Koreyanın sarsıdıcı zərbəsi ilə qarşılaşacaq. Sərsəmliyin qarşısını almaq üçün güclü nüvə silahımız var. Sayca 6-cı nüvə sınağına gəldikdə isə, bu, ölkənin ali komandanlığının səlahiyyətindədir. Rəhbərlik gərəkli saydığı zaman sınaq keçiriləcək”, – o, Associated Press-ə müsahibəsində söyləyib.

         Ötən ilin əvvəlindən Şimali Koreya 20 ballistik raket və 2 nüvə sınağı keçirib.

Həmçinin oxuyun

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. MediAktiv.az  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir