Cümə axşamı , Fevral 25 2021
Home / Dünya / ABŞ təyyarələri Yaxın Şərqdə hava patrulu həyata keçirib

ABŞ təyyarələri Yaxın Şərqdə hava patrulu həyata keçirib

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançı “B-52” təyyarələri Yaxın Şərqin hava məkanında patrul funksiyasını yerinə yetirib.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı yayıb.

“Strateji silahların qısa müddətli yerləşdirilməsi bölgədəki müdafiə qabiliyyətimizin vacib hissəsidir. Belə patrulun aparılması həm dostlara, həm də potensial düşmənlərə aydın və anlaşılan bir siqnaldır”-deyə, General Frenk Makkenzi bildirib.

Qeyd edək ki, Şimali Dakotadakı Maynot Hava Qüvvələri Bazasında olan iki strateji bombardmançı “B-52” təyyarələri təcavüzkarlığı dayandırmaq, eyni zamanda ABŞ-ın tərəfdaşlarına və müttəfiqlərinə dəstəyini təsdiqləmək üçün ötən ilin sonunda Yaxın Şərqə yerləşdirilib.

Həmçinin oxuyun

Makron Fransanın üzvü olduğu NATO-nu mövcud olmayan təşkilat adlandırıb

Fransa prezidenti Emmanuel Makron NATO-nu növbəti dəfə tənqid edib. Bu barədə MEDIKATIV.AZ “Financial Times” qəzetinə istinadən xəbər …