Cümə axşamı , Sentyabr 23 2021
Home / Dünya / ABŞ Tu-95-lərə qarşı dərhal F-22-ləri qaldırdı – Gərginlik

ABŞ Tu-95-lərə qarşı dərhal F-22-ləri qaldırdı – Gərginlik

ABŞ iki rus bombardımançısının Alyaskaya yaxınlaşmasını müəyyənləşdirən kimi dərhal tədbir görüb.

Mediaktiv.az Axar.az-a istinadən xəbər verir ki, Foks Nyus kanalı Tu-95 təyyarələrinin Alyaskaya yaxınlaşdığını ABŞ Hərbi Hava Qüvvələrinin 450 kilometrdən müəyyənləşdirdiyi və anında havaya iki F-22 qırıcısı qaldırdığı haqda məlumat yayıb. İnsident ötən gün baş verib.

Qırıcılar Tu-95-ə yaxınlaşıb və 12 dəqiqə müddətində onları müşayiət edib, rus bombardmançıları geri – Rusiyanın şərqində yerləşən aviabazaya istiqamət götürənə qədər gərginlik yaşanıb.

Tu-95-lərin Alyaska sahillərinə 161 km yaxınlaşdığı qeyd edilib.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …