Çərşənbə axşamı , Sentyabr 22 2020
Home / Dünya / ABŞ zərbədən əvvəl Rusiyanı məlumatlandırıbmış

ABŞ zərbədən əvvəl Rusiyanı məlumatlandırıbmış

         ABŞ Suriya aviabazasına zərbə endirməzdən əvvəl Rusiya hərbçilərini xəbərdar edib.

    Mediaktiv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.Onun sözlərinə görə, xəbərdarlıq iki ölkənin hərbçiləri arasında insidentlərin qarşısının alınması məqsədi ilə müəyyən edilmiş rabitə kanalları vasitəsi ilə ötürülüb.Pentaqon nümayəndəsi rusiyalı hərbçilərlə qurulan  təmasa dair təfərrüatları açıqlamaqdan boyun qaçırıb.

        Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib. ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən “Şayrat” aerodromuna 59 qanadlı raketin buraxıldığı bildirilir.

Həmçinin oxuyun

Moskvanın hava limanlarında 18 aviareys ləğv edilib və ya təxirə salınıb

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb. …