Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Dünya / Ağ Evdən Cozef Bayden Kim Çen Inla görüşü barədə açıqlama

Ağ Evdən Cozef Bayden Kim Çen Inla görüşü barədə açıqlama

ABŞ prezidenti Cozef Bayden Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşməyə hazırlaşmır.

MEDİAKTİV.AZ “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“O, bunu etmək niyyətində deyil”, – Ağ Ev rəsmisi jurnalistin Cozef Baydenin Kim Çen Inla görüşü planlaşdırıb-planlaşdırmaması barədə sualına cavabında deyib.

Cen Psaki əlavə edib ki, ABŞ rəhbərinin Şimali Koreyaya diplomatik yanaşması tamamilə başqa olacaq. Bu diplomatiya əvvəlki administrasiyanın siyasətindən fərqlənəcək.

Ötən həftə ABŞ prezidenti KXDR ilə “bir növ diplomatiyaya” hazır olduğunu söyləyib. Eyni zamanda, rəsmi Vaşinqton Pxenyanı raket sınaqları ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda günahlandırdı.

Şimali Koreya ABŞ-ın KXDR-in raket sınaqlarına reaksiyasını “Amerika administrasiyasının birinci səhv addımı” adlandırıb. Pxenyan bir gün əvvəl daha əvvəl iki yeni taktiki idarə olunan raketin sınaqdan keçirildiyini təsdiqləyib. Bu yaxınlarda hazırlanmış raketlər Yapon dənizində təxminən 600 kilometr uçub.

Həmçinin oxuyun

Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub

“Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında viza rejiminin ləğvg olunması haqqında sənəd imzalanıb”. MEDIAKTIV.AZ xəbər verir …