Çərşənbə , Yanvar 22 2020
Home / Dünya / Aİ Şurasının prezidenti Boris Consonu təbrik edib

Aİ Şurasının prezidenti Boris Consonu təbrik edib

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Böyük Britaniyanın Baş Naziri Boris Consonu təbrik edib.

Mediaktiv.az-ın xəbərinə görə, Aİ Şurasının prezidenti bu barədə “Twitter” səhifəsində bildirib.

“Boris Consonu qələbəsi münasibətilə təbrik edirəm. Biz mümkün qədər tez bir zamanda geri çəkilmə sazişinə səs verilməsini gözləyirik. Avropa İttifaqı növbəti mərhələyə hazırdır. Biz hər kəs üçün ədalətli şərtlər təmin edən gələcək ticarət sazişini müzakirə edəcəyik”, – deyə Ş.Mişel qeyd edib.

Qeyd edək ki, dekabrın 12-də Böyük Britaniyada parlament seçkiləri keçirilib. İlkin nəticələr Mühafizəkarlar Partiyasının səs çoxluğu ilə irəlidə olduğunu göstərir.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …