Çərşənbə , Yanvar 13 2021
Home / Dünya / Alimlər çox nadir astronomik hadisə olacağını bildirib

Alimlər çox nadir astronomik hadisə olacağını bildirib

Rays Universitetinin (ABŞ) astronomları dekabrın 21-də günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.

MediAktiv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “phys.org” saytındakı press-relizdə bildirilir.

Tədqiqatçılardan birinin dediyinə görə, bu planetlər arasındakı yanaşma təxminən, 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birinə bu qədər yaxınlaşmayıblar.

Hava şəraiti imkan verərsə, bu fenomen Yerin istənilən nöqtəsindən müşahidə oluna bilər. Bu qeyri-adi təbiət hadisəsini izləmək üçün ən yaxşı şərtlər ekvatora yaxın yerlərdə olacaq.

Həmçinin oxuyun

Yeni qaydalardan sonra milyonlarla istifadəçi “WhatsApp”ın bu alternativinə keçib

Son 3 gündə “Turkcell”in mesajlaşma proqramı olan “BiP”ə “Türkiyənin məlumatları Türkiyədə qalsın” prinsipi ilə 4,6 …