Cümə , Fevral 28 2020
Home / Dünya / Amsterdamda daha bir bombalı məktub partlayıb

Amsterdamda daha bir bombalı məktub partlayıb

Amsterdamda növbəti dəfə bombalı məktub partlayıb.

MediAktiv.az “Reuters”ə istinadən xəbər verir ki, “İNGBank”ın şəhər ofisində baş verən kiçik partlayışda zərərçəkən olmayıb.

Polisin məlumatına görə, hadisə yerində bir nəfər tüstünü tənəffüs etdiyinə görə ehtiyat tədbiri olaraq tibbi təcili yardım göndərilib.

Xatırladaq ki, dünən səhər saatlarında Amsterdamda bir ofisdə, habelə Kerkrade şəhərində poçt bölməsində də məktublar partlayıb.

Qeyd edək ki, dekabr ayının sonu – yanvarın əvvəllərində də Amsterdam, Rotterdam, Utrext, Maastrixt şəhərlərində yerləşən müxtəlif iş yerlərində 7 məktub partlayıb.

Həmçinin oxuyun

Dəməşqdə güclü partlayış oldu, ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşq şəhərində minalanmış avtomobil partladılıb.  MediAktiv.az İHA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın …