Cümə axşamı , İyun 20 2019
Home / Dünya / Ana ölən oğlunu almaza çevirdi

Ana ölən oğlunu almaza çevirdi

Çox yaxın bir insanı itirməyin ağrısını yalnız yaşayan bilər. Ancaq Honq-Konqlu bir ana bu ağrını daha fərqli yaşayıb. Acısını az da olsa, azaltmaq üçün ana çox qəribə bir yola əl atıb.
Mediaktiv.az Publika.az-a istinadən xəbər verir ki, Eva Vu milyonda bir insanda rastlanan xərçəng növünün yaratdığı xəstəlikdən oğlunu itirib. Çox böyük ağrı içində qalan ana üzüntüdən ağlını itirəcək nöqtəyə gəlib.
Bir gün Eva ölülərin külünü almaza çevirən bir şirkət haqqında xəbər oxuyur və bu xidmətin 37000 dollar olmasına rəğmən şirkətə müraciət edir.
Mütəxəssislərin bu əməliyyatı həyata keçirmə üsulu isə çox qəribədir:
Ölüdən aldıqları 200 qram civarında kül laborotoriyaya göndərilir və filtrləndikdən sonra 99% saflaşdırılaraq karbona çevrilir. Müxtəlif prosedurlardan keçirilən karbondan ipək kimi bir qrafit əldə edilir. Güclü alovun təsirinə verilən almaz 9 saatdan sonra hazır olur.
17 yaşlı oğlunun külündən hazırlatdığı boyunbağını taxan ana onu taxarkən çox həyəcanlandığını və bir o qədər rahatlıq tapdığını deyir.

Həmçinin oxuyun

Xəstə olduğunuz zaman başınızı şimal tərəfə qoymayın: Şərq təbabətinin 10 SİRRİ

Şərq təbabətinin sadə qaydaları ömrü uzadır. MEDİAKTİV bu yazıda oxucuları Şərq təbabətinin 10 sadə müalicə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir