Çərşənbə , Yanvar 22 2020
Home / Dünya / Angela Merkel: Nasistlərin törətdikləri cinayətlərə görə xəcalət çəkirəm

Angela Merkel: Nasistlərin törətdikləri cinayətlərə görə xəcalət çəkirəm

Almaniya kansleri Angela Merkel etiraf edib ki, nasistlərin törətdikləri cinayətlərə görə xəcalət çəkir. 

Mediaktiv.az TASS agentliyinə istinadən xəbər verir ki, Angela Merkel bu sözləri nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi – “Auşvitz Birkenau”da çıxışı zamanı deyib. 

“Almaniyanın kansleri olaraq burada dayanmaq və özümü ifadə etmək çox çətindir. Mən nasistlərin burada törətdikləri vəhşilikləri nəzərə alaraq böyük xəcalət çəkirəm”, – deyə Auşvitz-Birkenau fondunun 10 illiyinə həsr edilmiş tədbirdə çıxış edən Angela Merkel qeyd edib.

Qeyd edək ki, Auşvitz həbs düşərgəsi Holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi olub. Ərazi Polşanın Krakov şəhərindən 60 kilometr qərbdə yerləşir.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …