Şənbə , İyul 4 2020
Home / Dünya / Ankarada Rusiya səfirinə qarşı sui-qəsd

Ankarada Rusiya səfirinə qarşı sui-qəsd

   Türkiyənin paytaxtı Ankara şəhərində bir rəsim sərgisinin açılışında danışan Rus səfir Andrey Karlov, uğradığı silahlı hücumda həyatını itirdi. Təcavüzkar, polis tərəfindən qalereyada girdiyi qarşıdurmada öldürüldü.

    Daxili İşlər naziri Süleyman Soylu, təcavüzkarın Ankara Çevik Qüvvət Müdirliyində vəzifəli polis məmuru Mevlüt Mert Altıntaş olduğunu açıqladı.

    Prezident Rəcəb Tayyib Ərdoğan, “Əlaqələrimizi pozmaq məqsədli bir təxribat. Sui-qəsdi nifrətlə qınayıram” dedi.

    Hadisəni ‘terror hücumu’ olaraq qiymətləndirən Moskva rəhbərliyi, sui-qəsdin ikitərəfli əlaqələrə təsir etməyəcəyini bildirib.

    Sabah Moskvada reallaşacaq Türkiyə, Rusiya və İran xarici işlər nazirləri zirvəsi təxirə salınmayacaq.

www.milliyet.com.tr

 

Həmçinin oxuyun

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün guşələrindən həmvətənlərimiz dövlətimizin başçısının …