Bazar ertəsi , İyun 1 2020
Home / Dünya / AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstandadır

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstandadır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstanda səfərdədir.

Mediaktiv.az APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, səfər çərçivəsində onların Gürcüstan Prezidenti Salome Zurabişvili, Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze, Baş nazir Giorgi Qaxaria və Nazirlər Kabinetinin üzvləri ilə görüşləri planlaşdırılır. Sabah isə həmməruzəçilərin Gürcüstanın Baş prokuroru Şalva Tadumadze ilə görüş keçiriləcək.

Görüşlər sentyabrın 18-də Gürcüstan Parlamentində davam edəcək. Burada parlamentin “Gürcü Arzusu”, “Gürcüstan Vətənpərvərləri” fraksiyaları ilə görüşlər planlaşdırılır.

Həmçinin oxuyun

Naxçıvanın təbii mineralı seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent …