Bazar , Fevral 23 2020
Home / Dünya / Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi

Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi

“Wikileaks”in təsisçisi Culian Assanj terroristlərdən daha pis şəraitdə cəza çəkir. 

Bu barədə “The Grayzone” nəşrinə saytın baş redaktoru Kristin Hrafnsson bildib.

Onun sözlərinə görə, Assanj praktiki olaraq tam təcrid olunub. Ona yazışmaq tam qadağa olunub, qonaqları isə ayda iki dəfə qəbul edə bilər. Hrafnsson əmindir ki, bu fakt Britaniya hökumətinin portalın təsisçisinə qarşı qərəzli münasibətini sübut edir.

Xatırladaq ki, Assanj sentyabrın 22-də, bazar günü azad edilməli idi, lakin o, ekstradisiya işinin baxılması zamanı həbsxanada saxlanılacaq.

Həmçinin oxuyun

Dəməşqdə güclü partlayış oldu, ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşq şəhərində minalanmış avtomobil partladılıb.  MediAktiv.az İHA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın …