Cümə axşamı , Aprel 15 2021
Home / Dünya / ATƏT sədri aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib
Sebastian Kurz, Bundesminister für Europa, Integration und Äußeres

ATƏT sədri aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib

       ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz bu gün Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub.

      Mediaktiv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, o bildirib ki, bir il əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son iki onillik ərzində baş verən ən dəhşətli döyüş zorakılığa, insan itkisinə və əziyyətlərə səbəb olub: “Bu, müharibənin sülh səylərini nə dərəcədə təhlükə altına almasının sübutudur. Bu halda biz tərəfləri atəşkəsi təhlükə altında qoya biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırırıq. Bütün tərəflər öz öhdəliklərini yerinə yetirməli, beynəlxalq humanitar öhdəliklərə güclü şəkildə əməl etməlidir. Müharibə cinayətlərinə heç bir zaman haqq qazandırıla bilməz”.

Həmçinin oxuyun

NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb

NATO rəsmi olaraq öz ordusunun Əfqanıstandan çıxarılma prosesinə başlayıb. Bu qərar Alyansın Xarici İşlər Naziri …