Bazar ertəsi , Avqust 19 2019
Home / Dünya / Avtobus qəzaya uğrayıb: Ölənlər var

Avtobus qəzaya uğrayıb: Ölənlər var

  İranda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb. Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, avtobusda 30 nəfər olub.

  Səbzəvər şəhərinin Təcili Yardım Mərkəzinin rəis müavini Hadi Abbas Abadi bildirib ki, 7 nəfər hadisə yerində dünyasını dəyişib, digər 4 nəfər isə aldığı xəsarətdən xəstəxanada ölüb.

  Avtobus Məşhəddən İsfahana gedərkən qəzaya uğrayıb. Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. Lakin ilkin məlumatlara görə, avtobusdan öndə gedən yük maşını gözlənilməz manevr edib, bu da toqquşmaya səbəb olub.

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir