Cümə , Aprel 23 2021
Home / Dünya / Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-ların istifadəsində böyük uğur qazandı – Avstraliya nəşri

Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-ların istifadəsində böyük uğur qazandı – Avstraliya nəşri

Azərbaycan ordusu ikinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarının istifadəsində böyük uğurlar əldə edib.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bu barədə Avstraliyanın “The Cove” saytında dərc olunan məqalədə deyilir.

“Avstraliya quru qoşunlarının pilotsuz uçuş aparatları ilə müharibədə həssaslığı” adlı məqalədə qeyd olunur ki, Avstraliyanın quru qoşunları PUA təhdidinə kifayət qədər çevik reaksiya potensialına malik deyil:

“Qarabağ müharibəsində Ermənistanın çoxsaylı itkiləri quru qoşunlarının pilotsuz uçuş aparatları ilə gücləndirilmiş qüvvələrə qarşı reaksiya verə bilmədiyini göstərir”.

Məqalə müəllifləri qeyd edir ki, Azərbaycan müharibə dövründə iki tip PUA-dan istifadə edib və onların istifadə üsulları müasir döyüş məkanında öz yerini tutub:

“Onların iki əsas xüsusiyyəti var. Birincisi, bu aparatlar səmərəlidir, ikincisi isə, onları hava hücumundan müdafiə sistemləri ilə məhv etmək asan deyil”.

Həmçinin oxuyun

Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub

Hindistanda koronavirusa gündəlik yoluxma və ölüm hallarında ən yüksək göstəricilər qeydə alınıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, …