Cümə , İyun 18 2021
Home / Dünya / Azərbaycan mətbəxi Fransa jurnalında

Azərbaycan mətbəxi Fransa jurnalında

Fransanın kulinariya sahəsində ixtisaslaşmış ən məşhur “Master Chef” jurnalının Azərbaycan mətbəxinə həsr olunan nömrəsi işıq üzü görüb.

Mediaktiv.az xəbər verir ki, Fransadakı səfirliyimizin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə “Master Chef” jurnalında hələ qədimlərdən “Odlar Yurdu” adı ilə tanınan, Qafqazın incisi olan ölkəmizin tarixi, coğrafiyası, tanınmış restoranları, aşpazları haqqında ətraflı məlumat verilib. Fransız jurnalistlər əvvəlcə ölkəmizin tarixindən, coğrafiyasından söz açaraq onu jurnalın oxucu auditoriyasına təqdim ediblər.

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …