Çərşənbə axşamı , Sentyabr 17 2019
Home / Dünya / Azərbaycan tarixinin ən böyük partiyasının yarandığı gündür

Azərbaycan tarixinin ən böyük partiyasının yarandığı gündür

    Tarixdə bu gün Yeni Azərbaycan Partiyasının yarandığı gün kimi yadda qalıb. Hazırda üzvlərinin sayı yarım milyondan artıq olan partiyanın əsası 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Təsis konfransı Naxçıvan şəhərində keçirilib.

      2003-cü ildən bəri partiyanın sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Partiyanın Azərbaycanda keçirilən 5 Prezident seçkisində (1993, 1998, 2003, 2008, 2013) irəli sürdüyü namizəd qalib gəlib. Bu beş seçki içərisində seçicilərin ən çox səsini aldığı seçki 1993-cü ildə olub. O zaman partiyanın namizədinə 3 milyon 919 min 923 seçici səs verib.

      Parlamentə keçirilən seçkilərdə də Partiya 5 dəfə qələbəni qeyd edib. 1995, 2000, 2005, 2010, 2015-ci illərdə.

       2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə partiya 125 mandatdan 71-inə sahib olub.

       Simvolu dəfnə ağacının içərisində səkkizguşəli ulduzdan ibarətdir. Səkkizguşəli ulduzun içərisində YAP yazılıb.

Həmçinin oxuyun

Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər

Türkiyə ilə Rusiya arasında yeni silah anlaşması imzalana bilər. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir