Çərşənbə axşamı , İyun 15 2021
Home / Dünya / AZAL Bakı-Antalya marşrutu üzrə endirimli qiymətə bilet satışına başlayır

AZAL Bakı-Antalya marşrutu üzrə endirimli qiymətə bilet satışına başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Türkiyənin Antalya şəhərinə uçuşlar üzrə endirimli qiymətə bilet satışına başladığını elan edib.

MEDIAKTIV.AZ aviaşirkətə istinadən xəbər verir ki, Bakıdan Antalyaya uçuş 119 avroya, Antalyadan Bakıya uçuş isə 139 avroya başa gələcək.

Qeyd olunan qiymətlərə bütün vergi və yığımlar daxildir.

Biletləri AZAL-ın www.azal.az (http://www.azal.az/) internet səhifəsindən və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Bakıdan Antalyaya və geriyə uçuşlar çərşənbə və şənbə günləri ( 12 may tarixi istisna olmaqla) yerinə yetiriləcək. Məhdud sayda yer üçün keçərli olan aksiyadan yararlanmaq istəyənlər, 13 may 2021-ci il tarixə qədər (13 may daxil olmaqla) istənilən tarixə bilet əldə edə bilər.

Türkiyədə 29 apreldən 17 maya qədər tətbiq olunan karantin məhdudiyyətləri digər ölkələrdən gələn turistlərə şamil olunmayacaq.

Həmçinin oxuyun

Türkiyədə 1,2 milyard dollarlıq qızıl mədənləri aşkarlandı

Türkiyənin şərqində bir milyard dollarlıq qızıl ehtiyatları aşkarlanıb. MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə yeni şaxtanın …