Cümə , May 14 2021
Home / Dünya / BƏƏ İsrailə qarşı boykotu ləğv edir

BƏƏ İsrailə qarşı boykotu ləğv edir

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İsrailə tətbiq etdiyi “iqtisadi boykot”u ləğv etdiyini açıqlayıb.

“HaberGlobal” məlumat verir ki, ABŞ, İsrail və BƏƏ tərəfindən verilən ortaq açıqlamada İsrail və BƏƏ rəsmiləri önümüzdəki həftələrdə bir araya gələcəklərini və investisiya, turizm, mədəniyyət, birbaşa uçuşlar, təhlükəsizlik, telekommunikasiya, texnologiya, enerji, səhiyyə, ətraf mühit, qarşılıqlı səfirliklərin açılması ilə bağlı ikitərəfli müqavilə imzalayacaqlarını bildiriblər.

Qeyd edək ki, BƏƏ 1979-cu ildə Misir və 1994-cü ildə İordaniyadan sonra İsraillə normallaşma sazişi imzalayan üçüncü ərəb ölkəsidir.

Həmçinin oxuyun

ABŞ-ın ən izdihamlı yerlərindən birində Azərbaycan bayrağı ucaldılacaq

ABŞ-ın Nyu-York şəhərində 28 May – Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq. MEDIAKTIV.AZ xəbər verir …