Bazar , İyul 25 2021
Home / Dünya / “Bayraktar”lar yeni dizaynda istehsal olunacaq

“Bayraktar”lar yeni dizaynda istehsal olunacaq

Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatları yeni dizaynda istehsal olunacaq.

MediAktiv.az-ın məlumatına görə, son dövrlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatlarda qazandığı uğurlarla diqqət cəlb edən “Bayraktar”ın ön hissəsi köpək balığının ağzı formasında dizayn ediləcək. Yeni dizaynın müəllifi Ömər Erkmendir.

Xatırladaq ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktardır. Bu aparatlar 2014-cü ildən Türkiyə ordusunda istifadə olunmağa başlayıb.

Həmçinin oxuyun

ABŞ Əfqanıstana 7 döyüş helikopteri verib

ABŞ Əfqanıstan hakimiyyətinə 7 döyüş helikopteri tədarük edib. MEDİAKTİV.AZ “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bu …