Çərşənbə , Oktyabr 23 2019
Home / Dünya / Beş yaşlı qız ayda 500 min dollar qazanır

Beş yaşlı qız ayda 500 min dollar qazanır

Beş yaşlı qız istənilən adamın həsəd aparacağı həyatı yaşayır: Mayami sakinidir, Maldivdə istirahət edir, hər həftə qarderobunu dəyişir. Bəs bu necə mümkündür?

Doğuşdan əvvəl həkimlər Nastya adlı beş yaşlı qıza ağır serebral iflic diaqnozu qoyublar. Valideynlər buna baxmayaraq, bütün gücünü qızlarının müalicəsinə yönəldib və bir neçə il sonra xəstəliyin tam sağalmasına nail olublar.

Onlar buna uşağın xüsusən xarici mühitlə sıx əlaqə saxlaması hesabına müvəffəq olublar. Onlar ,əsasən, kamera önündə işləyiblər. Belə ki, valideynləri ona “Youtube” kanalı açıblar.

Artıq bu gün beş yaşlı Nastyanın 87 milyondan çox izləyicisi var. Kanalda Nastyanın gündəlik həyatına dair videoroliklər yerləşdirilir. Onun müxtəlif ölkələrdən fanatları var.

Videolara gələn baxış sayı “Youtube”un videolarda reklam yerləşdirməyə marağını artırıb. Nəticədə, bu gün azyaşlı olmasına baxmayaraq, Nastya “Youtube” kanalından aylıq 500 min dollar (850 min manat) çox gəlir əldə edir. 

Onlar artıq gündəlik yaşam tərzini biznesə çeviriblər. 

Həmçinin oxuyun

Rusiyalı teleaparıcı Qinnesin rekordlar kitabına düşdü

Rusiyalı teleaparıcı Vladimir Solovyov Qinnesin rekordlar kitabına düşüb. Jurnalist həftə ərzində canlı efirdə ən çox …