Bazar , Aprel 18 2021
Home / Dünya / Beyin əməliyyatı zamanı qitara çalan adam

Beyin əməliyyatı zamanı qitara çalan adam

    Beynində şiş olan Rolden Batista adlı xəstə, girdiyi beyin əməliyyatı zamanı qitara çaldı və həyat yoldaşı ilə telefonla danışdı.

   Beynindəki şiş səbəbiylə əməliyyat olan Rolden Batista‘ya həkimi əməliyyat zamanı şüurunun bağlı olmasını ya da əməliyyat əsnasında oyandırılabiləcəyi variantlarını təklif etdi. Əməliyyat zamanı oyandırılmağı seçən Batista, qitaranı əlinə alıb musiqi çaldı.

   Təkliflərdən ikincidə əməliyyatın müvəffəqiyyətli keçmə ehtimalının daha çox olması səbəbiylə, Batista əməliyyat zamanı oyandırılmağı seçdi.

”Həkimim təklif etdi”

   Daily Mail-ə verdiyi müsahibədə Batista, “Həkimim əməliyyat zamanı qitara çalmağı təklif etdi.” dedi.

   Həkimlərin açıqlamalarına görə bu üsul, əməliyyat əsnasında hər hansı bir problemin olub olmadığını anlamaq üçün ən sürətli üsuldur.

   Batista mahnı oxumasaydı həkimlər dərhal beynin hərəkət, danışıq və duyğuları idarə edən bölgəsini bərpa edə biləcəklərdi. Nəysə ki, belə bir müdaxiləyə ehtiyac qalmadı.

Əməliyyat zamanı həyat yoldaşına zəng etdi

   Batista əməliyyat zamanı yalnız qitara çalıb mahnı oxumadı, həyat yoldaşına zəng edib özünü bir “döyüşçü” olaraq hiss etdiyini söylədi.

    Beyin əməliyyatı digər əməliyyatlar kimi ümumiyyətlə şüuru bağlı xəstələr üzərində tətbiq olunur.

    Beynin əhəmiyyətli bölgələrinə yaxın olan şişlərin çıxarılma əməliyyatlarında cərrahların seçim etdiyi bir üsul xəstəni əməliyyat əsnasında oyandırmaqdır.

   Xəstənin şüuru açıq olduğu zamanlarda cərrahlar beynin bəzi funksiyalarına təsir etmədiklərindən əmin ola bilir.

Həmçinin oxuyun

Çində kimyəvi məhsullar zavodunda partlayış olub

Çinin Şensi vilayətində kimyəvi məhsullar istehsal edən zavodda partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər …