Cümə , İyul 3 2020
Home / Dünya / Bişkek yaxınlığında türk aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb

Bişkek yaxınlığında türk aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb

   Qırğızıstanda “Boeing 747” yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

   Mediaktiv.az Oxu.Az-a xəbər verir ki, bu barədə TASS-a bazar ertəsi ölkənin Səhiyyə Nazirliyindən xəbər verilib.

   “Qəza yerində axtarış-xilasetmə işləri davam edir, bu səbəbdən də ölənlərin sayı haqqında məlumat yaxın zamanda dəyişə bilər”, – nazirlikdən bildiriblər.

   Nazirliyin əməkdaşlarının sözlərinə görə, altı uşaq daxil olmaqla səkkiz nəfər xəstəxanaya yatırılıb. Təyyarənin qəzaya uğradığı ərazidə 15-ə yaxın birmərtəbəli yaşayış evi dağılıb.

   Son məlumata görə, qəzaya uğrayan təyyarə Türkiyənin “MyCargo Airlines” şirkətinə məxsusdur.

    08:45

   Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 30 nəfər ölüb. Qəza təyyarə eniş edərkən baş verib.

   İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. “Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir.

A.M.

www.oxu.az

Həmçinin oxuyun

Rusiyada referendumun rəsmi nəticələri açıqlanıb

Rusiya Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun rəsmi nəticələrini açıqlayıb. MediAktiv.az-ın …