Bazar , May 31 2020
Home / Dünya / BMT-dən təhlükəli İdlib xəbərdarlığı

BMT-dən təhlükəli İdlib xəbərdarlığı

BMT XXI əsrin ən böyük humanitar faciəsinin qarşısını almaq üçün Suriyanın şimal-qərbində atəşi təcili dayandırmağa çağırır.

MediAktiv.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib.

O, qeyd edib ki, əgər güclü təsirə malik Təhlükəsizlik Şurasının üzvləri fərdi maraqların öhdəsindən gəlsələr və humanizmi başlıca prinsip seçsələr, 21-ci əsrin ən böyük humanitar faciəsindən qaçmaq mümkün olacaq.

Mark Loukokun sözlərinə görə, regionda güc tətbiqi yeni və dəhşətli səviyyəyə çatıb. O, əlavə edib ki, Rusiya Federasiyası və İranla tərəfindən dəstəklənən Suriya rejiminin dekabrda başlayan hücum əməliyyatı təxminən 900 000 insan öz yerini dəyişməyə gətirib çıxarıb.

Loukok bildirib ki, evlərini tərk edən dinc sakinlər “travmalar alırlar və küçələrdə aşağı temperaturlarda yatmağa məcbur olurlar, çünki düşərgələr dolub”.

“Analar uşaqları qızdırmaq üçün plastik əşyaları yandırırlar. Körpələr və balaca uşaqlar soyuqdan ölürlər”, – beynəlxalq təşkilatın nümayəndəsi qeyd edib.

Loukokun sözlərinə görə, İdlibə zərbələr nəticəsində tibb müəssisələrinə, məktəblərə, evlərə, məscidlərə və bazarlara ciddi zərər dəyib. O, xəbərdarlıq edib ki, yaranmış vəziyyət şəraitində xəstəliklərin yayılması üçün “ciddi risk” mövcuddur.

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …