Bazar ertəsi , Avqust 19 2019
Home / Dünya / Böyük şirkətdən İŞİD-ə maliyyə dəstəyi var

Böyük şirkətdən İŞİD-ə maliyyə dəstəyi var

Fransa və İsveçrə kapitalına malik böyük tikinti şirkəti “LafargeHolcim Group” 2012 və 2014-cü illər arasında Suriyadakı fəaliyyətlərini davam etdirmək üçün terror təşkilatlarına pul ödədikləri ortaya çıxıb.

Terrorçu qrupların arasında İŞİD-in də adı var.

“Financial Times”ın xəbərinə görə, məsələ ortaya çıxandan sonra şirkətin icraçı direktoru Erik Olsan istefa verib. Nəhəng tikinti şirkətinin əməkdaşları qısa müddət əvvəl Jalabiyada olan sement zavodunun təhlükəsizliyini təmin etmək üçün qəbul edilməz sazişlərdə olduqlarını etiraf etmişdi. Fransız mətbuatında yer alan xəbərlərə görə, şirkətin təhlükəsizlik qarşılığında verdiyi ödəmələrdən bir qismi terror təşkilatı İŞİD-ə göndərilib. Qalmaqal səbəbindən istefa edən Olsan, “Hadisələrə müdaxilə edən tərəf olmasaydım və hətta, fərqində belə olmasaydım da, istefamın bu məsələyə məruz qalan şirkətə əmin-amanlıq gətirəcəyinə inanıram” şəklində danışıb.

“LafargeHolcim Group” şirkətinin Suriyadakı terror təşkilatlarına pul ödəmələri 2014-cü ilin sentyabr ayınadək davam edib. Fransız mətbuatında yer alan xəbərlərə görə, şirkətin yük maşınları 2013-cü ildə regionda fəaliyyətlərini həyata keçirmək üçün terrorçuların qurduğu nəzarət nöqtələrini keçməyə məcbur idi. Bu çətinliyin danışıqlar nəticəsində aradan qaldırıldığı, hətta, İŞİD-in şirkətə keçid icazəsi kimi bir sənəd verdiyi qısa müddət öncə orrtaya çıxmışdı.

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir