Cümə , İyun 5 2020
Home / Dünya / Britaniyada son gündə koronavirusdan yüzlərlə insan öldü

Britaniyada son gündə koronavirusdan yüzlərlə insan öldü

Böyük Britaniyada bir gün ərzində koronavirusa 2 510 yoluxma qeydə alınıb.

MediAktiv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə 260 nəfər koronavirusun qurbanı olub.

Bildirilir ki, 120 776 nəfərdən analiz götürülüb, onlardan 103 687-nin analizinin nəticələri mənfi, 17 089 koronavirus testinin nəticəsi isə müsbət olub. Ölkədə ümumilikdə 1 019pasiyent ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyada 512 mindən çox insan koronavirusa yoluxub, 23 mindən çox insan pandemiyanın qurbanı olub.

ÜST martın 11-də COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. 

Həmçinin oxuyun

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. MediAktiv.az  xəbər verir …