Cümə , Fevral 28 2020
Home / Dünya / Brüsseldə Gürcüstanın NATO-ya üzvlüyü müzakirə edildi

Brüsseldə Gürcüstanın NATO-ya üzvlüyü müzakirə edildi

“Gürcüstanın NATO-ya üzvlüklə bağlı səyləri dönməz prosesdir”.

MediAktiv.az xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Nazir deyib ki, Gürcüstan NATO-ya üzv olmaq məqsədinə nail olmaq üçün Alyansla əməkdaşlıq üçün bütün praktiki mexanizmləri uğurla istifadə edib.

Görüşdə NATO-Gürcüstan Tədbirlər Paketinin yenilənməsi, Gürcüstanın müdafiə qüvvələrində həyata keçirilən islahatlar və ölkənin Qara dəniz bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsindəki rolu müzakirə olunub.

Qeyd olunub ki, Gürcüstan NATO-ya inteqrasiyada uğurlu nümunədir və ölkə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir. 

Həmçinin oxuyun

Dəməşqdə güclü partlayış oldu, ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşq şəhərində minalanmış avtomobil partladılıb.  MediAktiv.az İHA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın …