Karib dənizində olan ABŞ-a bağlı adalar birliyi Virgin Adalarında maraqlı bir tətil kampaniyası aparılır. İl ərzində davam edəcək kampaniyaya görə, adaları ziyarət edən hər turistə ödəmə ediləcək. Ediləcək ödənişin məbləği isə 300 dollardır. Turistlər bu pulu adadakı mədəni, ictimai və turistik fəaliyyətlərdə istifadə edə biləcək. Bunun üçün, ilk növbədə, adadakı otellərdən birinə 1 Oktyabrdan əvvəl rezervasiya etdirmək lazımdır. Rezervasiya müddəti də minimum 3 gecə olmaq məcburiyyətindədir.
