Bazar , İyul 12 2020
Home / Dünya / Çində daha bir həkim koronavirusa yoluxdu

Çində daha bir həkim koronavirusa yoluxdu

Çində yen növ koronavirusun ocağı olan Uhan şəhərinin 8-ci xəstəxanasının baş həkimi Vanq Pinq bu xəstəliyə yoluxub.

MediAktiv.az “Beiqingbao”ya istinadən xəbər verir ki, xəstəxana rəhbəri şəhərin “Jinintanq” xəstəxanasının intensiv müalicə bölməsinə yerləşdirilib, onun üçün qan plazmasının tapıldığı bildirilir.

Qeyd edək ki, ölkənin Milli Səhiyyə Komissiyası ağır vəziyyətdə olan yoluxanların müalicəsi üçün koronavirusdan sağalanların qan plazmasını köçürtməyi tövsiyə etmişdi.

Xatırladaq ki, bundan əvvəl Uhan şəhərinin Vuçan dairə xəstəxanasının baş həkimi, 52 yaşlı Liu Jiminq koronavirusdan dünyasını dəyişmişdi.

Həmçinin oxuyun

Rusiya Belarusda AES tikintisi üçün bu ölkəyə kredit verəcək

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə Atom Elektrik Stansiyasının (BelAES) tikintisi üçün Rusiyadan kredit alınmasını təsdiqləyib.  MediAktiv.az “BelTA”ya …