Şənbə , İyun 6 2020
Home / Dünya / Çindən Şimali Koreyaya hədə-qorxu!

Çindən Şimali Koreyaya hədə-qorxu!

“Növbəti dəfə nüvə sınağı keçirsə, o zaman Çin Şimali Koreyaya qarşı sanksiya tətbiq edəcək”.

Mediaktiv.az TASS-a istinadən xəbər verir ki, bunu Çin hökumətinin Cənubi Koreyada səfərdə olan Koreya yarımadası üzrə xüsusi nümayəndəsi U. Davey bildirib.

“Təzyiq vasitəsi kimi yanacaq-sürtgü materiallarının və başqa malların tədarükünün dayandırılması, Çində işləyən Şimali Koreya vətəndaşlarının deportasiyası nəzərdə tutulub”, – deyə çinli diplomat vurğulayıb.

Qeyd edək ki, indiyədək Şimali Koreya 5 dəfə nüvə sınağı (2006,2009,2013-cü illərdə, 2016-cı ilin yanvar və sentyabr aylarında) həyata keçirib.

Həmçinin oxuyun

“Twitter” ABŞ prezidentinin çıxışını səhifədən silib

“Twitter” ABŞ Prezidenti Donald Trampın afroamerikalı Corc Floydun qətli ilə bağlı videoyazı formasında olan çıxışını silib. MediAktiv.az  “Gazeta.ru”ya …