Cümə axşamı , Fevral 25 2021
Home / Dünya / Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlanıb

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlanıb

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi şirkətin qeyri-insanlığa qarşı siyasətinə zidd olan paylaşıma görə bağlanıb.

MEDIAKTIV.AZ CNBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətin dünənki açıqlamasında bildirilir.

Belə ki, səfirliyin hazırda silinmiş 8 yanvar tarixli paylaşımında “China Daily”də xəbər verilən bir araşdırmadan bəhs olunur. Bildirilir ki, hökumətin siyasəti nəticəsində uyğur qadınlar “körpə istehsalı maşını” olmaqdan qurtulublar.

“Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin əhalisində baş verən dəyişkənliyi göstərən tədqiqat əhalinin ümumi keyfiyyətinin təkmilləşməsi ilə əhatə olunur”, – səfirlik tərəfindən tvitterdə qeyd olunub.

Qeyd edək ki, “Facebook” və “Google” ilə yanaşı, “Twitter” də Çində bağlanıb.

Həmçinin oxuyun

Bu gün Ceyhun Bayramov Ərdoğanla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək. MEDİAKTİV.AZ-ın məlumatına …