Cümə , May 29 2020
Home / Dünya / Conson planları ilə bölüşdü – Eyni vədləri verdi

Conson planları ilə bölüşdü – Eyni vədləri verdi

Böyük Britaniyanın Baş naziri Boris Conson partiyasının seçkidə qələbə qazanacağı təqdirdə, Avropa İttifaqı ilə razılaşmaya dair debatı və növbəti səsverməni Milad bayramına qədər keçirməyə söz verir.

RİA “Novosti”nin məlumatına əsasən, Mühafizəkarlar Partiyasının manifestində yer alan digər vədlər arasında əcnəbilərə və xarici şirkətlərə Britaniyada daşınmaz əmlak almağa görə verginin artırılması da var.

“Mənim ölkəyə bayram hədiyyəm qanun layihəsinin parlamentə bayram tətilinə qədər qaytarılması və parlamentin xalqa xidmətə qaytarılması olacaq”, – deyə Baş nazir bildirib.

Qeyd edək ki, Conson bazar günü günortadan sonra manifesti rəsmi olaraq təqdim edəcək.

Böyük Britaniyada ümumi seçkilər dekabrın 12-də keçiriləcək.

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …