Çərşənbə axşamı , May 11 2021
Home / Dünya / COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər

COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər

COVID-19 infeksiyası ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər.

MediAktiv.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssislərinin keçirdiyi retrospektiv testlər nəticəsində məlum olub.

Qeyd olunub ki, mütəxəssislər ABŞ-ın 9 ştatında 2019-cu il dekabrın 13-dən 2020-ci il yanvarın 17-dək 7 min donorun qan nümunələrini təhlil edib.

Təhllilər nəticəsində məlum olub ki, dekabr ayında ABŞ-da COVID-19 daşıyıcıları olub.

Xatırladaq ki, Çin hökuməti koronavirus barədə ilk dəfə 2019-cu ilin dekabrın sonlarında elan etmişdi.

Həmçinin oxuyun

Ermənistanda seçki ərəfəsində ictimai-siyasi vəziyyət gərginləşməkdədir

Ermənistanda 20 iyunda keçiriləcək parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət gündən-günə gərginləşməkdədir. Bunun əsasında bir neçə …