Çərşənbə , Oktyabr 23 2019
Home / Dünya / DƏHŞƏT! Məşhur biznesmenin oğlu yanaraq öldü

DƏHŞƏT! Məşhur biznesmenin oğlu yanaraq öldü

    Onun bahalı avtomobili dirəyə çırpılaraq yandı.Rusiyanın Moskva şəhərində “Maserati” avtomobili işıq dirəyinə çırpılaraq alışıb.

    Mediaktiv.az İstiPress-ə istinadən xəbər verir ki, maşının sürücüsü hadisə yerində yanaraq ölüb.Avtomobil moskvalı biznesmenin 26 yaşlı oğlu Artur Moiseyevə məxsus idi. Elə bahalı avtomobili də oğluna atası hədiyyə edibmiş.

      Qəza bu gün günorta saatlarında Rostov sahilində baş verib. Yüksək sürətlə hərəkət edən “Maserati” işıq dirəyinə çırpılıb. Dərhal sonra isə yanğın baş verib.

     Saytın məlumatına görə, gənc oğlan yüksək sürətlə hərəkət edirdi və kor bağırsağından əməliyyat olunan dostuna baş çəkmək üçün xəstəxanaya gedirdi.

    Artıq Federal KİV avtomobilin sahibi Artur Moiseyevin öldüyü barədə məlumat yayıb. Arturun atası Andican Moiseyev mətbəx texnikasının ticarəti ilə məşğul olur. Atanın hadisə yerinə gəlməsinə baxmayaraq, polislər tərəfindən yanmış avtomobilin yanına buraxılmayıb.

     Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, sürücünün ölməsinə səbəb yanğın deyil, açıq kəllə-beyin travması olub.

Həmçinin oxuyun

Rusiyalı teleaparıcı Qinnesin rekordlar kitabına düşdü

Rusiyalı teleaparıcı Vladimir Solovyov Qinnesin rekordlar kitabına düşüb. Jurnalist həftə ərzində canlı efirdə ən çox …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir