Cümə , Dekabr 6 2019
Home / Dünya / Dərisiz doğulan uşaq hamını şoka saldı

Dərisiz doğulan uşaq hamını şoka saldı

Hindistanda nadir xəstəlikdən əziyyət çəkən körpə doğulub.
Bu, Hindistanda genetik arlekin ixtioz dəri patologiyası ilə dünyaya gələn ilk uşaqdır.
23 yaşlı fermer arvadının dünyaya gətirdiyi qızın burun, göz, qulaq orqanları da inkişaf etməyib.
Məlumat üçün bildirək ki, ixtioz xəstəliyində bədən dərisi o qədər quru və qalın olur ki, çatlayır, qabıqlanır. Dəri ümumiyyətlə normal dəriyə oxşamır. Bu elə bir ağır xəstəlikdir ki, doğumdan az sonra və ya uşaq yaşlarında xəstə həyatını itirir.
Bu simptoma ilk dəfə 1750-ci ildə rast gəlinib. Yeni doğulmuş insanın görünüşü o qədər qorxulu olur ki, həkimlər onu valideynlərinə belə göstərməkdən çəkinirlər. Dünyada hər 350.000 uşaqdan birində belə anomaliya ola bilər. (MEDİDİNA.AZ)

Həmçinin oxuyun

15 yaşlı qız qoca qarı kimi görünür – Təhqir olundu, məktəbi atdı – FOTO

Çinin Lyaonin vilayətində yaşayan 15 yaşlı Syao Fen genetik sapıntı olan progeriya xəstəliyindən (Hatçinson-Gilford sindromu) …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir