Şənbə , Yanvar 18 2020
Home / Dünya / Doqquz yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak “cücə” çıxdı

Doqquz yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak “cücə” çıxdı

ABŞ-da doqquz il əvvəl övladlığa götürən şəxslər qorxunc hadisə ilə üzləşiblər.

Belə ki, Kristin və Mişel adlı ər-arvadın doqquz yaşında olduğunu zənn edib övladlığa götürdükləri qızın “cücə” olduğu ortaya çıxıb.

Məlumatda bildirilir ki, bir müddət sonra ukraynalı cütlük qızın hərəkətlərindən şübhələnməyə başlayıblar. Həkimə müraciət edən ər-arvad Natali adlı qızın ən azı 14 yaşında olduğunu öyrəniblər.

Bu barədə “Daily Mail”ə danışan Kristin Natalinin qəribə şəkillər çəkdiyini, qızın ailə üzvlərini öldürüb basdırmaq istədiyini bildirib. Həmçinin, qeyd edib ki, Natalini onun qəhvəsinə xlor tökərkən görüb. Bu zaman qadın Natalidən nə etdiyini soruşduqda – “səni zəhərləməyə çalışıram” cavabını verib.

Həkimlərin apardığı araşdırmalar nəticəsində Natalinin 1989-cu il təvəllüdlü olduğu və psixi sağlamlığının yerində olmadığı müəyyənləşib.

İndi Kanadada yaşayan qız psixoloji yardım almasına baxmayaraq, yenə də özünü uşaq kimi aparır.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …