Çərşənbə , İyun 26 2019
Home / Dünya / Dövlətçiliyimizin memarı Heydər Əliyev – mənim üçün, yəni sadə azərbaycanlı üçün

Dövlətçiliyimizin memarı Heydər Əliyev – mənim üçün, yəni sadə azərbaycanlı üçün

    Yadımdadır onun haqqında “Heydər Əliyev və Cənub” adlı sənədli filmi çəkərkən ilk dəfə özümə belə bir sual vermişdim. Görəsən O bizi, yəni Azərbaycan gənclərini necə görmək istəyərdi. Konkretləşdirsək, məni və mənim dostlarımı.

    Onun əbədiyyətə qovuşduğu gündən bu günə bir sualın cavabını yazmaq istəyirəm. Amma bunu bacaracağammı? Bu məsuliyyəti üzərimə götürmək mənim üçün çətin olduğu qədər şərəflidir. Bu gün – Onun əbədiyyətə qovuşmasından illər keçəndən sonra bu sualı özümə daha konkret verirəm: “Heydər Əliyev – mənim üçün, sadə azərbaycanlı üçün kim idi?”

    Tarixin bütün dövrlərində öz millətləri, xalqları üçün əzəmətli işlər görən şəxsiyyətlər, sərkərdələr, dövlət xadimləri olub. Amma az bir insan tapılar ki, ONUN qədər, dünyanın ən böyük azərbaycanlısı – Heydər Əliyev qədər milləti, xalqı üçün kitablara, kinofilmlərə sığmayan işlər görsün. Millətinin vətəndaşını, hətta Vətən daşını böyük SEVGİ ilə sevsin. Son 30 illik bir dövrdə Azərbaycanı bəlalardan qurtaran, onu dünya dövlətləri ilə bir sıraya yüksəldən Heydər Əliyevi illər bizdən uzaqlaşdırdıqca, o bizə daha da yaxınlaşır. Çünki onun möhtəşəm işləri təkcə tariximizdə deyil, taleyimizdədir.

    O, mənim üçün Heydər baba idi. Nəvəsinə doğru yolu göstərən, düzgün öyüd-nəsihət verən, onu əzizləyən baba.

    O mənim üçün ilk dəfə canlı, üzbəüz gördüyüm Azərbaycan prezidenti idi. Xalqın arasından inamla addımlayan, “xalq işini” – “res publika”nı xalq üçün quran, xalqla quran prezident.
O mənim üçün lider idi. Mənəvi nüfuzu ilə belə Azərbaycan xalqına rəhbərlik etməyə qadir olan lider. O mənim üçün Tanrı tərəfindən seçilmiş şəxsiyyət idi. Ölümü qarşısında baş əydirə biləcək qədər müqəddəs, sadə insanların qəlbində yaşaya biləcək qədər sevimli, adı ilə tarix yazacaq qədər xarizmatik, ruhu ilə böyük Vətəni qoruyacaq qədər dahi!

    Ən əsası isə o mənim üçün dünyanı dərk etməyə başlayandan bəri gördüyüm ilk prezident idi. Mənə dövlətimizin və dövlətçiliyimizin keşiyində durmalı olduğumu bircə cümləsi ilə öyrədən və məni bu ruhda tərbiyə etməyi bacaran milli lider.

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir