Çərşənbə axşamı , Mart 2 2021
Home / Dünya / Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı

Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər.

MediAktiv.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.

“Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə qurtardı”, – Tarasov deyib.

Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq.

Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev öz növbəsində bildirib ki, vaksinin təhlükəsizliyə cavab verməsi alimlər tərəfindən tamamilə təsdiq edilib, yoxlananılanların sağlamlığında problemlər müşahidə olunmur.

“Vaksinin təhlükəsizliyi təsdiq olunub. Bu vaksinlər indi bazarda olanların təhlükəsizliyinə uyğundur”, – Lukaşev deyib.

Həmçinin oxuyun

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

Populyar “General de Europe” jurnalı Qarabağda döyüşən Fransa vətəndaşları və onların barəsində istintaqın başladılması ilə …