Cümə axşamı , İyul 2 2020
Home / Dünya / Dünyada son sutka ərzində koronavirusa 82 mindən çox insan yoluxub

Dünyada son sutka ərzində koronavirusa 82 mindən çox insan yoluxub

Aprelin 5-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 133 758 nəfərə çatıb.

MediAktiv.az “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 82 061 nəfər yeni koronavirusa yoluxub, 5 798 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 133 758 nəfərə, ölənlərin isə 62 784 nəfər çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 621 407 yoluxma və 46 416 ölüm halı. Avropa regionunda sutka ərzində 38 266 yoluxma halı, 4 082 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 5-nə olan məlumatlara əsasən, 315 714 yoluxma halı və 8 187 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 111 396 yoluxma və 3 838 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halalrı ABŞ-da (273 808), İtaliyada (124 632), İspaniyada (124 736), Çində (82 930) və Almaniyada (91 714) qeydə alınıb.

Həmçinin oxuyun

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə qurtardı

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə başa çatıb, ölkənin qərbindəki – Kalininqrad diyarındakı sonuncu seçki məntəqələri …