Çərşənbə axşamı , İyun 18 2019
Home / Dünya / Dünyanın ən təhlükəli smartfonları açıqlandı

Dünyanın ən təhlükəli smartfonları açıqlandı

ABŞ Federal agentliyinin mütəxəssisləri ən təhlükəli smartfonların siyahısını hazırlayıb. Siyahıya 18 modeldən olan mobil cihazlar daxildir. “Anti-reytinqdə” yer alan smartfonlar ən yüksək SAR-şüalanma (insan orqanizminin bir saniyəyə elektromaqnit enerjinin udma nisbəti) göstəricisinə malikdir.

MEDİAKTİV xəbər verir ki, bu haqda “Life.ru” məlumat yayıb.

“Anti-reytinqdə” birinci yerdə “Google” şirkətinin istehsal etdiyi “Pixel 3 XL” smartfonu gəlir. 

Sözügedən smartfonda elektron maqnit şüalanmanın insanın baş nayihəsinə təsiri ilə bağlı xüsusi mütənasib səviyyəsi 1,35 Vt/kq, bədənin qalan hissələrinə təsir səviyyəsi isə 1,52 Vt/kq təşkil edir (maksimal göstəriciyə əsasən).

İkinci  yerdə “Google Pixel 3” (1,34 Vt/kq), üçüncü yerdə isə “OnePlus” qaceti gəlir. 

Ardıcıl olaraq siyahıda “LG V40”, “iPhone XS Max” və “XS” smartfonları öz yerlərini tutur.  Onların SAR-şüalandırma göstəriciləri kritik səviyyədə olmasa belə, normadan kifayət qədər yüksəkdir.

“Apple”, “Google” və “Samsung”un yeni modelləri də şüalanmanın insan orqanizminə təsiri baxımından siyahıda yuxarı pillələrdə mövqe tutur.(oxu.az)

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …