Çərşənbə , Yanvar 22 2020
Home / Dünya / Dünyanın ən yaxşı smartfonlarının adları açıqlanıb!

Dünyanın ən yaxşı smartfonlarının adları açıqlanıb!

Çinin “OnePlus 7T” dünyanın ən yaxşı 20 smartfonu modelinin reytinqinə başçılıq edir.

MediAktiv.Az xəbər verir ki, siyahı “Business Insider” nəşrinin saytında dərc edilib.

Ekspertlər qeyd edb ki, “OnePlus” 7T 2019-cu ilin android mexanizmləri arasında ən yaxşı smartfondur. Bundan başqa, smartfonun üstünlükləri arasında üç obyektivlə yüksək optimallaşdırılmış əməliyyat sistemi və keyfiyyətli kamera seçilir.

Reytinqdə ikinci yerində “iPhone 11” qərarlaşıb. Siyahıda üçüncü yerdə Çinin “OnePlus” şirkətinin daha bir modeli – “7 Pro” qərarlaşıb.

Reytinqə “Samsung”un da bir neçə modeli düşüb. Xüsusi halda “Galaxy S10e”, “10, S10 Plus, S9, “S9 Plus”, “Note 10 Plus”, “Note 10” ən yaxşı telefonlardan hesab edilirlər.

“Apple” şirkətinin də “iPhone 11”, 11 PRO, “11 Pro Max”, XS, XS Max, XR, X, 8, 8 Plus modelləri ən yaxşı smatfon kimi təqdim olunub.

Fevralda ən yaxşı smartfon kimi “OnePlus 6T” qəbul edilmişdi.

Həmçinin oxuyun

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib – FOTO

Əliyev 2019-cu il dekbarın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalamış, ölkəmizdə 20 …