Cümə , Dekabr 6 2019
Home / Dünya / Ecazkar məkanlar – Zalipi kəndi

Ecazkar məkanlar – Zalipi kəndi

   Salam əzizi oxucular! “Ecazkar məkanlar” adlı yeni silsilə yazımız ilə sizin görüşünüzə gəlmişik.

   Bir zamanlar Polşanın Zalipi kəndində adamın biri bekarçılıqdan evinin tavanına çiçək şəkli çəkir. Aradan xeyli müddət keçir və bir də baxırlar ki, bütün kənd əhli evlərini gül çələnginə döndərib. Məhz həmin kənddə 1948-ci ildən bəri “Rəngli kotec” adlı boyama festivalı keçirilir.

   Əslində bu festival əvvəlcə İkinci Dünya Müharibəsindən sonra ağır günlər yaşayan Polşa xalqının psixoloji vəziyyətini düzəltmək üçün keçirilməyə başlanıb. O qaranlıq günlərdən günümüzə qədər gələn bu ənənə sayəsində Zalipi kəndi indi başdan-ayağa çiçəklərə bəzədilmiş xiyabana bənzəyir.

   İndi isə gəlin bu gözəlliklərə birlikdə nəzər yetirək!

Həmçinin oxuyun

Suriyada ABŞ hərbi bazasına hücum olub

Bir qrup naməlum şəxs Suriyanın cənub şərqində yerləşən ABŞ hərbi bazasına hücum edib. Xəbəri Suriyanın “Al-İkhbariya” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir